Milli e-imza infrastrukturunun aktual elmi-tədqiqat problemləri

Problems of Information Technology(2021)

引用 0|浏览0
暂无评分
摘要
Təqdim olunan araşdırma işində elektron imza (e-imza) ilə bağlı milli e-imza infrastrukturunun mövcud texniki və məntiqi imkanlarını araşdırmaqla, sistemə düşən yükün optimal idarə edilməsi və problemlərin araşdırılıması müəyyən edilib. E-imza vətəndaşların elektron mühitdə identikləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi rolunu təmin etdiyi üçün e-dövlət ekosistemində formalaşdırılan informativ və interaktiv elektron xidmətlərə əlçatanlığın təmin edilməsi və bu xidmətlərdən təhlükəsiz istifadə edilməsi e-imza vasitəsi ilə həyata keçirilir. Məqalədə milli e-imza infrastrukturunun yeni texnoloji çağırışlar, mobillik imkanlarının artırılması, məhdud resusrlu qurğularda yüksək məhsuldarlığın təmin edilməsi, e-xidmətlərdən geniş istifadə üçün yüksək təhlükəsizlik tələbləri baxımından təkmilləşdirilməsi problemləri analiz edilir və aktual elmi-praktiki məsələlər müəyyən edilir. Müəyyən edilən problemlərin həlli istiqamətində beynəlxalq təcrübə araşdırılmaqla milli infrastrukturun komponentlərinin təhlükəsizliyinin və inam zəncirnin qiymətləndirilməsi istiqamətində mərkəzlərinin işinin modelləşdirilməsi üçün elmi-tədqiqat istiqamətləri analiz edilmişdir. Məqalədə milli e-imza infrastrukturunun özünün təhlükəsizlik problemlərinin müəyyən edilməsi ilə mərkəzlərin xidmət sahələrində təhlükəszilik komponenti kimi səmərəsi müəyyən edilir.
更多
查看译文
AI 理解论文
溯源树
样例
生成溯源树,研究论文发展脉络
Chat Paper
正在生成论文摘要